Qriqoryan: Delimitasiya prosesi xeyli vaxt aparacaq

saytların hazırlanması

Evə çatdırılma

Qriqoryan: Delimitasiya prosesi xeyli vaxt aparacaq

Siyasət

28 Fevral 2024 17:32 489


Birinci mərhələdə Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələri iş prosedurunu müzakirə ilə təsdiq etdilər. Bu, mahiyyət etibarı ilə təmaslarımızın nəticələrinin yekunlaşdırılması və təşkili yollarının təsviridir.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

O bildirib: “Hazırda daha çox metodoloji təsviri ehtiva edən birgə fəaliyyətin reqlamentini müzakirə edirik. Bu işi başa çatdırandan sonra hər iki ölkə  sənədin layihəsini daxili dövriyyəyə təqdim edəcək. Məzmunundan, nələrin təsvir olunacağından və hansı konsensusa nail olacağımızdan asılı olaraq, bu sənədə uyğun olaraq, böyük ehtimalla, o, qanun layihəsi kimi dövriyyəyə buraxılacaq”. Dördpendirli pizza

Baş nazirin müavini qeyd edib: “Əgər öz prinsipial mövqelərimiz çərçivəsində qalsaq və sənədin hazırlanmasında iş və məntiq Almatı Bəyannaməsinə əsaslanarsa, onda 2-3 ay ərzində iş metodologiyasını ehtiva edən əsasnamə layihəsini əldə edə biləcəyik. Metodologiya təsdiq edildikdən sonra həm delimitasiya, həm də demarkasiya prosesi xeyli vaxt aparacaq, amma ən azı hamımız nə etdiyimizi anlayacağıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!