Qubad İbadoğluna əlavə ittiham verildi

saytların hazırlanması

Evə çatdırılma

Qubad İbadoğluna əlavə ittiham verildi

Kriminal

26 Avqust 2023 00:38 1112


Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğluna əlavə ittiham verilib.

“Qafqazinfo”nun məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Məlumatı Q.İbadoğlunun vəkili Zibeydə Sadıqova təsdiq edib. İş üzrə ibtidai istintaq davam edir. Sezar pizza

Qeyd edək ki, Qubad İbadoğlu ötən ay həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!