Qusarda ev yandırılıb: Araşdırma aparılır - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Qusarda ev yandırılıb: Araşdırma aparılır - VİDEO 

Hadisə

20 Sentyabr 2022 16:17 1102


Qusarın Qalacıq kəndində yanğın hadisəsi baş verib. 

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, gecə 3 radələrində evin həyətindəki ot tayasından başlayan yanğın yaxınlıqdakı evə də keçib. Nəticədə ot tayası və ev tamamilə yanıb.  

Hadisə yerinə FHN-nin Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 1 avtomobili və canlı qüvvəsi cəlb edilib.   pizza mizza

Lakin evin sahibi olan Elnur Bağırovun yaxınları yanğının qəsdən törədildiyini ehtimal edirlər. Bildirilib ki, bir müddət əvvəl naməlum maskalı şəxs Elnur Bağırovun evinə daxil olaraq həyat yoldaşı Sonaxanım Bağırovaya bıçaqla xəsarət yetirmişdi. Həmçinin bundan əvvəl də evi yandırmağa cəhd edilib.  

Hazırda Qusar polisi faktla bağlı araşdırmaya başlayıb. Yanğının qəsdən törədilib-törədilmədiyi araşdırılır.  

Qeyd edək ki, Elnur Bağırov yanğın zamanı evdə olmayıb.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!