“RAHAT” supermarketlər şəbəkəsi “Johnson&Johnson” məhsullarını satışdan çıxardı

saytların hazırlanması

Evə çatdırılma

“RAHAT” supermarketlər şəbəkəsi “Johnson&Johnson” məhsullarını satışdan çıxardı

Sosial

01 Noyabr 2020 17:00 1116


“RAHAT” supermarketlər şəbəkəsi bütün “Johnson & Johnson” şirkətinin məhsullarını satışdan yığışdırıb.

Yenisabah.az xəbər verir ki, bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb. 

Mərkəzi ABŞ-da yerləşən şirkət rəsmən Azərbaycanın ərazi bütövlütünü dəstəkləyən bəyanatla çıxış etməyənədək “Johnson & Johnson” məhsulları “RAHAT” supermarketlər şəbəkəsindən satılmayacaq.  Sezar pizza

Qeyd edək ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!