Ramiz Mehdiyev Almaniyadan qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev Almaniyadan qayıtdı

Siyasət

16 Mart 2024 10:33 878


Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyev müalicəsini başa vuraraq Azərbaycana qayıdıb. 

Bu barədə Gununsesi.info-ya sabiq PA rəhbərinə yaxın mənbə bildirib. Qeyd edək ki,  bir neçə gün əvvəl Ramiz Mehdiyevin səhhətində ciddi problemlər yaranması səbəbindən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi haqda xəbər yayılmışdı. 

Həmin xəbərdə deyilirdi ki, MKX -da bir gün qalan Mehdiyevi sonradan İsrailə aparıblar. Yaxınları bildirib ki, Ramiz Mehdiyev həmin zaman İsrailə deyil, Almaniyaya aparılıb. Dördpendirli pizza

“Bu həftənin əvvəli Almaniyadan Azərbaycana qayıdan Ramiz müəllim ev şəraitində  müalicəsini davam etdirir” deyə yaxınları əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!