“Mətbuat istəyir ki, adamı öldürüb xəbəri birinci dərc etsin“

saytların hazırlanması

Evə çatdırılma

“Mətbuat istəyir ki, adamı öldürüb xəbəri birinci dərc etsin“

Şou

26 Yanvar 2023 15:27 1147


Xalq artisti Rasim Balayevin səhhətində problem yaranması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan aktyor məlumatın yanlış olduğunu, işinin başında olduğunu bildirib:

“Qələt edirlər. Mən ağır xəstə filan deyiləm, sadəcə jurnalistlərdən birinə açıqlama vermişəm ki, bir balaca qripəm. Özüm də işdəyəm. Bu sözdən yola çıxıb artıq məni xəstəxanaya da yerləşdiriblər? Dördpendirli pizza

Bunlar nə alçaq adamdır. Bizim mətbuat adamı öldürmək istəyir ki, o xəbəri birinci özü dərc eləsin. Mən işdəyəm, özüm də yaxşıyam. Xalqa yanlış məlumat verməsinlər. Adam peşman olur “bir balaca qripəm” deməyə. Pah atonnan, məni artıq hansı xəstəxanaya yerləşdiriblər? Gedim ora dəyim”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!