Rasim Məmmədovun cəza müddəti azaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Rasim Məmmədovun cəza müddəti azaldıldı

Kriminal

06 İyun 2023 12:02 933


"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən bugünkü iclasda qərar elan olunub.

Qərara əsasən, Rasim Məmmədovun həbs müddəti 3 ay azaldılıb. Toyuqlu pizza

Qeyd edək ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!