Rəis müavini Naxçıvan Ali Məclisini məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Rəis müavini Naxçıvan Ali Məclisini məhkəməyə verdi

Sosial

17 Dekabr 2024 16:40 268


Bir neçə gün əvvəl işdən çıxarılan Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin sabiq rəis müavini Nihad Məhəmmədzadə Naxçıvan MR Ali Məclisini məhkəməyə verib.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, əmək mübahisələri çərçivəsində işə bərpa edilməsini tələb edib.

N. Məhəmmədzadə işdən çıxarılmasını qanunsuz hesab etdiyini bildirib. Marqarita pizza

Müraciətə hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq, məhkəmə iclasının tarixi hələlik müəyyənləşməyib.

Məhəmmədzadə Naxçıvan MR Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 2 dekabr 2024-cü ildə imzaladığı Sərəncamla vəzifəsindən azad edilib. O, həmin vəzifəyə Ali Məclis sədrinin 14 iyul 2023-cü il tarixli Sərəncamı ilə təyinat almışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!