Rubinyan: İrəvan və Bakı əsas prinsiplərdəə razılığa gəlib

saytların hazırlanması

Evə çatdırılma

Rubinyan: İrəvan və Bakı əsas prinsiplərdəə razılığa gəlib

Siyasət

01 Mart 2024 14:44 534


Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ bilib.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.

O xatırladıb ki, Ermənistan və Azərbaycan sülhün əsas prinsipləri üzrə artıq razılığa gəliblər - bu, Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması, suverenlik prinsipi əsasında regional kommunikasiyaların açılmasıdır: “Əgər biz iki ölkə başçılarının artıq razılaşdırdıqları prinsipləri sazişə daxil edə bilsək, o zaman sülhə tez nail ola bilərik”. Sezar pizza

Rubinyanın fikrincə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasından danışaraq qeyd edib ki, belə həssas məqamda ən vacib məsələ razılaşmaların həyata keçirilməsidir.

O qeyd edib ki, xalqların bir-birinə inam səviyyəsinin aşağı olmasına baxmayaraq, tərəflər münasibətləri normallaşdırmağa çalışır:

“Bu prosesi davam etdiririk və ümid edirəm ki, Sərdar Kılıçla mən birlikdə qarşıya qoyduğumuz məqsədə - Ermənistanla Türkiyə arasında münasibətlərin tamamilə normallaşmasına və diplomatik münasibətlərin qurulmasına nail olacağıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!