Rumıniyanın qabaqcıl KİV-ləri İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Rumıniyanın qabaqcıl KİV-ləri İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar - Fotolar

Siyasət

01 Mart 2021 20:55 677


Rumıniyanın qabaqcıl “Ultima Ora” (Son saat) qəzeti və “News24hours” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransından yazır.

Yenisabah.az xəbər verir ki, rumın dilində verilən məlumatlarda mətbuat konfransının keçirilməsinin dünya ictimaiyyətinə əhəmiyyətli mesajların çatdırılması istiqamətində mühüm rol oynadığı bildirib.

Qeyd olunub ki, tədbirin məhz fevralın 26-da keçirilməsi təsadüfən şeçilməyib. Dövlətimizin başçısı bütün dünya ictimaiyyətinə bəyan edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb və bu soyqırımı heç vaxt diqqətdən kənar qalmamalıdır. Dördpendirli pizza

Bildirilib ki, Prezident mətbuat konfransında müxtəlif regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla 4 dildə jurnalistlərin suallarını dəqiq, səlis və məntiqli cavablandırıb. Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğu vurğulanıb.

/Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!