Rus hərbçiləri ukraynalı jurnalisti güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Rus hərbçiləri ukraynalı jurnalisti güllələdi

Dünya

27 Fevral 2022 10:56 631


Xerson şəhərinin Zelenovka kəndi yaxınlığında Rusiya hərbçiləri ukraynalı jurnalisti güllələyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova bildirib. Həmin jurnalistin kimliyi hələlik açıqlanmayıb.

Onun sözlərinə görə, Xerson vilayətində magistral yolda yaralıları daşıyan təcili yardım maşını atəşə tutulub. Hadisə nəticəsində 64 yaşlı sürücü və yaralı əsgər yanıb. pizza mizza

Ukraynanın baş prokuroru qeyd edib ki, dinc əhaliyə qarşı ağır cinayət törədən şəxslər məsuliyyətdən yayına bilməyəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!