Rusiya generativ süni intellekt texnologiyalarından istifadə etməklə, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir göstərməyə çalışır.
Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, bu barədə ABŞ rəsmiləri danışıb.
ABŞ Milli Kəşfiyyat İdarəsinin nümayəndələrinin məlumatına görə, qarşıdan gələn seçkilər üçün ən ciddi təhlükə məhz Rusiyadır. Dördpendirli pizza
Onların fikrincə, Moskva çox güman ki, səsverməni daha qlobal məqsədlərə nail olmaq: Ukraynaya dəstəyi zəiflətmək, demokratik institutlara və bütövlükdə ABŞ-a inamı sarsıtmaq üçün fürsət kimi qiymətləndirir.
Kəşfiyyat rəsmiləri hesab edirlər ki, bunun üçün Moskva, xüsusilə, Amerika cəmiyyətindəki ziddiyyətlərdən istifadə edə bilər.
Bloomberg həmsöhbətlərinin fikrincə, İran da bu prosesdə iştirak etmək niyyətindədir, Çin isə hələlik daha ehtiyatlı mövqe tutur və seçkilərə müdaxilənin mümkün nəticələrindən xəbərdardır.
Telegram kanalımız