Rusiya Baş naziri: “Hökumət sanksiyalara hazırdır“

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Baş naziri: “Hökumət sanksiyalara hazırdır“

Dünya

28 Fevral 2022 15:50 520


"Hökumət sanksiyalara hazırdır və tezliklə iqtisadi yardım proqramını təqdim edəcək".

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib.

“Biz hazırıq, iqtisadiyyat və insanlar üçün nəticələri minimuma endirmək üçün bir sıra qərarlar qəbul etdik. Biz iqtisadiyyatı dəstəkləməyə hazırıq”, - deyə Mixail Mişustin Rusiya hökumətinin rəhbəri öz "Telegram" səhifəsindəki videomüraciətində bildirib. pizza hut

Onun sözlərinə görə, bütün dəyişikliklərə operativ reaksiya vermək, aktiv, operativ, fasiləsiz fəaliyyət göstərmək, bütün lazımi planları yerinə yetirmək vacibdir.

“Baş nazir müavinlərinin öz vəzifələri çərçivəsində nəzarət etdikləri bütün sahələrdə vəziyyətə real vaxt rejimində nəzarət edilməlidir. Hökumətin aparatları, nazirlik və idarələr, regionlardakı ərazi bölmələri də bu templə işləyəcək”, - deyə Mişustin yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!