“Rusiya bu gecə 200 minlik qüvvə ilə hücum edəcək”   - ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya bu gecə 200 minlik qüvvə ilə hücum edəcək” - ŞOK İDDİA

Dünya

15 Fevral 2022 22:58 1135


Amerikalı yüksək vəzifəli kəşfiyyat rəsmisi Rusiyanın bu gecə (Bakı vaxtilə saat 05:00-da) Ukraynanı yüksək dağıdıcı silahlarla vuracağını və 200 min hərbçi ilə işğal edəcəyini iddia edib.

Yenisabah.az xəbər verir ki, bu barədə İngiltərənin “The Sun” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, kəşfiyyat mənbələri Rusiya Prezidenti Vladimir Putinin “geri çəkiləcəyik” açıqlamasına baxmayaraq, Ukraynanın özünü qorumaq üçün savaş hazırlıqlarını davam etdirdiyini bildiriblər. pizza mizza

Kəşfiyyat rəsmisinin iddiasına görə, Putin bu gecə orduya işğal əmri verəcək. Ukrayna tanklarını sərhəddə yerləşdirdikdən sonra hava hücumlarına qarşı barrikadalar qurub.

Rusiya isə bu gün verdiyi açıqlamada qərb və şərq bölgələrində təlim keçən təxminən 10 min hərbçisinin kazarmalara qayıtdığını açıqlayıb.

Digər tərəfdən, NATO baş katibi Yens Stoltenberqin də açıqlaması diqqət çəkib.

O, NATO-nun Rusiyaya güzəşt etməyəcəyini bildirib:

“NATO-Rusiya münasibətlərini müzakirə etməyə hazırıq, amma əsas prinsiplərdə güzəştə getməyəcəyik. Ukrayna üçün təmkinli nikbinliyə ehtiyac var. Gərginliyin azaldığını göstərən əlamətləri görmürük, hücum hələ də mümkündür”.

Stoltenberq Ukraynanın bu hücumlara hazır olduğunu söyləyib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!