Rusiya “ələ keçirdiyi” Çernobıl AES-in görüntülərini yaydı - Video

saytların hazırlanması

Evə çatdırılma

Rusiya “ələ keçirdiyi” Çernobıl AES-in görüntülərini yaydı - Video

Dünya

26 Fevral 2022 22:57 1828


Rusiya Müdafiə Nazirliyi Çernobıl AES-in görüntülərini yayıb.

Yenisabah.az xəbər verir ki, məlumatda Rusiya Hava-Desant Qüvvələrinin Ukrayna Milli Qvardiyası ilə birgə Çernobıl AES-in təhlükəsizliyini təmin etdiyi bildirilib.

Məlumatda AES-in adi ştat rejimində fəaliyyətini davam etdirdiyi bildirilib: Dominos pizza

"Rus və Ukrayna hərbçilərinin AES-i birgə müdafiə etməsi terrorçu və yaxud millətçilərin əlinə nüvə komponentinin düşməməsi üçün təminatdır”.

Qeyd edək ki, Ukrayna tərəfi Çernobıl AES-in rus qüvvələrinin tam nəzarətinə keçdiyini, işçilərin isə girov götürüldüyünü bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!