Rusiya Ermənistanla imzalanan bu sazişdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ermənistanla imzalanan bu sazişdən imtina etdi

Siyasət

01 Mart 2021 18:32 1840


Rusiya İrəvanda fəaliyyət göstərən Rusiya-Erməni Universiteti haqqında sazişdə iştirakdan imtina edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın rəsmi hüquq informasiya portalında Nazirlər Kabinetinin dərc olunan sərəncamında bildirilib.

Sərəncamda qeyd olunur ki, Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında İrəvandakı Rus-Erməni Universitetinin fəaliyyəti ilə bağlı razılaşmanın tərəfi olmamaq niyyəti barədə Ermənistan tərəfinə bildiriş göndərilsin. Toyuqlu pizza

Qeyd edək ki, Rusiya-Erməni Universiteti 1997-ci ilin avqustunda Moskvada imzalanan Ermənistan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında imzalanmış ikitərəfli saziş əsasında yaradılıb.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!