Rusiya hərbçiləri Kiyevdə radioaktiv obyekti atəşə tutdu

saytların hazırlanması

Evə çatdırılma

Rusiya hərbçiləri Kiyevdə radioaktiv obyekti atəşə tutdu

Dünya

27 Fevral 2022 09:44 391


Rusiya ordusunun atdığı raketlər “Radon” Assosiasiyasının Kiyev bölməsinin radioaktiv tullantılar poliqonuna düşüb. 

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçilərinin bütün növ zenit və raket silahları ilə kütləvi bombardmanı nəticəsində “Radon” Assosiasiyasının Kiyev bölməsinin radioaktiv tullantılar poliqonuna mərmilər düşüb. pizza hut

Qeyd olunub ki, davam edən atəş nəticəsində dağıntıların miqyasını qiymətləndirmək mümkün olmayıb.

"Avtomatlaşdırılmış radiasiya monitorinqi sistemi sıradan çıxıb. Lakin müşahidə kameraları mərmilərin düşməsini qeydə alıb", - Dövlət Müfəttişliyindən bildiriblər. Dövlət Nüvə Tənzimləmə Agentliyinin ilkin qiymətləndirməsinə əsasən, sanitar mühafizə zonasından kənarda əhali üçün təhlükə olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!