Rusiya İrəvana silah vermir - Qriqoryan

saytların hazırlanması

Evə çatdırılma

Rusiya İrəvana silah vermir - Qriqoryan

Dünya

26 İyun 2024 12:13 527


Təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində Rusiya ilə münasibətlərdə gələcək vəziyyət Moskvanın mövqeyindən asılıdır.

Yenisabah.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.

O, Ermənistana silah və hərbi texnikanın tədarük strukturunda Rusiyanın payının 96%-dən 10% azaldığını bildirib. Dördpendirli pizza

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, bu, Rusiyanın qərarı ilə baş verib:

"Məhz Rusiya silah və sursat tədarük etməmək qərarına gəlib, onlar hələ də müqavilələr üzrə nəzərdə tutulanları tam çatdırmayıblar. Onlar Ermənistanın başqa ölkələrdən silah almasından şikayətlənirlər, ancaq 2021-2022-ci illər üçün müqavilələr üzrə tədarükləri davam etdirmirlər".

A.Qriqoryan Rusiyanın buna səbəb kimi Ukraynadakı hərbi əməliyyatları göstərdiyini əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!