Rusiya Müdafiə Nazirliyi: 71 Ukrayna əsgəri əsir götürülüb

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Müdafiə Nazirliyi: 71 Ukrayna əsgəri əsir götürülüb

Dünya

27 Fevral 2022 12:45 891


Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Xarkov vilayətində Ukrayna ordusunun 302-ci zenit-raket alayının “təslim olduğunu” və “silahı könüllü yerə qoyduğunu” bildirib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, İqor Konaşenkovun sözlərinə görə, həmin alayın sərəncamında “Buk M-1” zenit-raket kompleksləri olub.

O bildirib ki, alayın 71 hərbi qulluqçusu saxlanılıb. Sezar pizza

“Bütün ukraynalı hərbi qulluqçulara hörmət göstərilir və kömək edilir. Sənədlərin rəsmiləşdirilməsindən sonra onlar öz ailələrinə göndəriləcəklər”,- Konaşenkov bildirib. 

Konaşenkovun açıqladığı məlumat Ukrayna tərəfindən hələlik təsdiq olunmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!