Ukraynanın Donetsk və Luqansk "xalq respublikaları"ndan, Xerson və Zaporojye vilayətlərindən qoşunlarını çıxardığını və NATO-ya üzv olmaqdan imtina etdiyini elan edən kimi Rusiya hərbi əməliyyatları dayandırmağa və danışıqlara başlamağa hazırdır.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
O qeyd edib ki, qoşunlar bu regionların bütün ərazisindən, onların Ukraynaya daxil olduğu zaman mövcud olan inzibati sərhədləri daxilində çıxarılmalıdır. Dördpendirli pizza
“Kiyev belə bir qərara hazır olduğunu bəyan edən və bu bölgələrdən qoşunların real çıxarılmasına başlayan kimi, həmçinin NATO-ya üzv olmaq planlarından imtina barədə rəsmi məlumat verən kimi, bizim tərəf dərhal, sözün əsl mənasında, eyni dəqiqədə atəşkəs və danışıqlara başlama barədə əmr verəcək”, - deyə Putin vurğulayıb.
Telegram kanalımız