Rusiya qırıcıları Nyu-Yorku bombaladı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qırıcıları Nyu-Yorku bombaladı

Dünya

10 İyun 2024 09:18 524


Rusiya Aerokosmik Qüvvələrinin (VKS) aviasiyası Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində olan Nyu-York kəndinə bombalı hücum həyata keçirib. 

Bu barədə "Rus baharının hərbi müxbirləri" "Telegram" kanalı məlumat yayıb. 

Mənbə bildirib ki, bu məntəqədə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə üç güclü partlayıcı aviasiya bombası atılıb.  pizza

Kəndin qeyri-adi adı onun tarixi ilə bağlıdır. Nyu-York qəsəbəsi II Yekaterina tərəfindən Rusiyaya dəvət edilən mennonitlər tərəfindən salınıb. Sonralar Novqorodskoye adlandırılıb, lakin 2021-ci ildə tarixi adı qəsəbəyə qaytarılıb.//Publika.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!