Rusiya səfirliyi yeni ünvana “köçür“

saytların hazırlanması

Evə çatdırılma

Rusiya səfirliyi yeni ünvana “köçür“

Dünya

03 Mart 2022 17:42 1043


Rusiyanın Vilnüsdəki səfirliyi ünvanını Ukrayna qəhrəmanları küçəsi olaraq dəyişəcək.

Yenisabah.az “Azadlıq Radiosu”na istinadla xəbər verir ki, bu barədə şəhər meri Remigius Şimaşyus məlumat verib.

O deyib: "Bundan sonra Rusiya səfirliyinin hər bir əməkdaşının vizit kartına "Ukrayna qəhrəmanları” yazmalıdır. Səfirliyə məktub yazan hər kəs Rusiya təcavüzünün qurbanları və Ukrayna qəhrəmanları haqqında düşünməli olacaq”. Dominos pizza

Şimaşyusun sözlərinə görə, ad dəyişikliyi ilə bağlı bütün rəsmiləşdirmə yaxın vaxtlarda həll ediləcək.

Rusiyanən Litvadakı diplomatik missiyası qərarı açıq şəkildə şərh etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!