Rusiya XİN-dən Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşü barədə   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN-dən Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşü barədə AÇIQLAMA

Siyasət

27 Yanvar 2021 18:25 900


Dağlıq Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrini açmaq üçün yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun görüşü baş tuta bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.

“Qurumlararası formatda Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə ilk görüşü yaxın gələcəkdə keçirməyə hazırlaşırıq”, - deyə nazirlikdən bildirilib. pizza

Diplomatik qurumdan vurğulanıb ki, Dağlıq Qarabağ nizamlanması prosesinə tərəfsiz və məsuliyyətli yardım Rusiyanın Cənubi Qafqazda xarici siyasətinin prioritet istiqamətlərindən biri olub və qalmağa davam edir.

“Aktual vəzifə region dövlətlərinin mehriban qonşuluq münasibətlərini bərpa etmək, millətlərarası və konfessiyalararası sülh və inam yaratmaq, Cənubi Qafqazda sabitlik və firavanlıq üçün möhkəm şərtlər formalaşdırmaq üçün konfrotansiyadan barışığa keçməsini təmin etməkdir”, - deyə Rusiya XİN-i vurğulayıb.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!