Rusiya XİN üçtərəfli görüş barədə ABŞ və Fransa səfirlərinə məlumat verdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN üçtərəfli görüş barədə ABŞ və Fransa səfirlərinə məlumat verdi

Siyasət

14 Yanvar 2021 21:21 673


Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ölkədəki ABŞ və Fransa səfirləri Con Sallivan və Pyer Levini qəbul edərək, onları Rusiya və Azərbaycan prezidentləri, həmçinin Ermənistan Baş nazirinin iştirakı ilə Moskvada keçirilmiş üçtərəfli görüş barədə məlumatlandırıb.

Yenisabah.az bildirir ki, Rusiya xarici işlər nazirliyinin məlumatına əsasən, qəbul zamanı Minsk Qrupunun həmsədr ölkələrinin mövcud problemin həlli istiqamətindəki birgə səylərinın artırılması ətrafında əsaslı fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!