Rusiyalı deputat: İrəvanın KTMT-dən çıxması faciədir

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı deputat: İrəvanın KTMT-dən çıxması faciədir

Dünya

14 İyun 2024 14:25 326


Ermənistanın KTMT-dən çıxması ilə bağlı mümkün qərar təşkilatın müdafiə qabiliyyətinə təsir etməyəcək, ancaq Ermənistanın müdafiə qabiliyyətinə təsir göstərəcək.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib.

“Bu, yalnız Ermənistanın müdafiə qabiliyyətinə təsir edəcək, başqa heç nə, təbii ki, bu qərar erməni tərəfinin ixtiyarındadır. Amma fakt budur ki, təəssüf ki, qərarı erməni xalqının maraqlarını rəhbər tutmayan Ermənistanın indiki rəhbərliyi verəcək, bu faciədir”, - deyə Kartapolov vurğulayıb. Marqarita pizza

Deputatın sözlərinə görə, Rusiya ümid edir ki, sağlam düşüncə ölkə rəhbərliyində deyil, erməni xalqında üstünlük təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!