Rusiyalı milyarderlər 1 ayda nə qədər pul itirib?

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı milyarderlər 1 ayda nə qədər pul itirib?

Dünya

01 Fevral 2022 13:18 740


Rusiya milyarderlərinin ümumi sərvəti ilin əvvəlindən 18 milyard dollar - 4,6% azalıb.

Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, ən çox itirən “Novatek” və “Sibur”un ortaq sahibi Gennadi Timçenko olub – onun kapitalı 2,53 milyard azalıb.

"Bloomberg" Milyarderlər İndeksinin (BBI) məlumatına görə, iş adamlarının pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Marqarita pizza

Reytinqə planetin 500 ən varlı adamı daxildir, orada 27 rus var. Rusiyalı milyarderlərin ümumi sərvəti hazırda 370,7 milyard dollardır.

Ən varlı rusiyalı, “Novatek”in həmsahibi Leonid Mixelson bir ayda 1,65 milyard dollar itirib, onun sərvəti fevralın 1-nə 30,8 milyard dollar qiymətləndirilir.

"Severstal"ın əsas sahibi Aleksey Mordaşovun kapitalı əhəmiyyətli dərəcədə azalıb - 1,67 milyard dollar, 27,2 milyard dollar.

Norilsk Nikel şirkətinin ortaq sahiblərindən biri Vladimir Potanin ilin əvvəlindən 617 milyon dollar itirib, onun hazırkı sərvəti 30,2 milyard dollardır.

Reytinqdə dördüncü yerdə NLMK-nin sahibi Vladimir Lisin qərarlaşıb - onun sərvəti 1,18 milyard azalaraq 26,8 milyard dollar təşkil edib.

Siyahıda beşinci yerdə “Lukoyl”da pay sahibi Vahid Ələkbərov qərarlaşıb. O, 280 milyon dollar itirib. İş adamının kapitalı 22,5 milyard dollardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!