“Rusiyanı terrorçu ölkə kimi tanıyın” – Zelenskidən çağırış

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanı terrorçu ölkə kimi tanıyın” – Zelenskidən çağırış

Dünya

09 Mart 2022 08:16 2403


Ukrayna prezidenti Volodimir Zelenski canlı yayımla Böyük Britaniyanın parlamentində çıxış edib.

Ukrayna lideri bildirib ki, Ukraynaya hərbi müdaxiləsi nəticəsində Rusiya ordusu 11 mindən çox hərbçisini itirib, onlardan biri də generaldır:

“Dinc sakinlərin ərzaq ehtiyaclarına çıxışı məhdudlaşdırlır. Nəticədə insanlar arasında təşviş yaranır. 13 gün boyunca sussuz və ac qalan insanları düşünün. Ukraynada 50-dən çox uşaq həyatını itirib. Onlar gəlib uşaqlarımızı bizdən aldılar”. Sezar pizza

Ukrayna prezidenti bildirib ki, ölkəsi dünyanın ən böyük ordusuna qarşı mübarizə aparır:

“Biz raketlərlə və helikopterlərə döyüşürük. 13-cü gün, 14-cü gün və 15-ci gün gəlincə bu davam edəcəkmi? Biz Ukrayna xalqı olaraq mübarizəmizi sonuna qədər davam etdirəyəcəyik”.

V. Zelenski Böyük Britaniyadan kömək istəyib: “Britaniyanın baş naziri Boris Consona təşəkkür edirəm. Sizdən xahiş edirəm təzyiqinizi artırın. Rusiyanı terrorçu ölkə kimi tanıyın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!