Rusiyanın 46 min əsgəri sıradan çıxıb...   - ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın 46 min əsgəri sıradan çıxıb... - ŞOK İDDİA

Dünya

08 Mart 2022 00:51 2361


11 gün ərzində Ukrayna ordusu Rusiya ordusunun 46 minə qədər əsgərini neytrallaşdırmağı bacarıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Strategiyası Mərkəzinin rəhbəri, sabiq müdafiə naziri Andrey Zaqorodnyuk deyib.

O bildirib ki, bu rəqəmə ölən, yaralanan və əsir düşən rus əsgərləri daxildir. pizza hut

Onun sözlərinə görə, 24 fevralda Ukraynaya Rusiyanın 145 minlik ordusu daxil olub – 110 min quru qoşunu, 35 min isə xüsusi qüvvələr (OMON, SOBR, Rusiya Qvardiyası).

Zaqorodnyuk deyib ki, hazırda Rusiyanın Ukraynada 100 minə qədər qüvvəsi qalıb.

Saabiq nazir bildirib ki, 6 mart tarixinə qədər düşmən ordusu 11 min əsgər itirib, 35 minə yaxın isə yaralısı var./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!