Rusiyanın cavab tədbirləri - Bu ölkələr üçün hava məkanı qapandı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın cavab tədbirləri - Bu ölkələr üçün hava məkanı qapandı

Dünya

28 Fevral 2022 17:43 741


Rusiya Avropa ölkələrinin Rusiya təyyarələri üçün hava məkanını bağlamaq qərarına cavab tədbirləri görüb.

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin məlumat yayıb.

Məlumatda deyilir: “Beynəlxalq hüquq normalarına uyğun olaraq, Avropa dövlətlərinin Rusiya aviadaşıyıcıları tərəfindən həyata keçirilən və/və ya Rusiyada qeydiyyatdan keçmiş mülki təyyarələrin uçuşlarına qadağasına cavab olaraq, məhdudiyyət tətbiq edilib. 36 dövlətin aviadaşıyıcıları tərəfindən uçuşların həyata keçirilməsinə tətbiq edilib”. pizza sifarişi

Məhdudiyyətlər aşağıdakı ölkələrin aviadaşıyıcılarına təsir edəcək: Avstriya, Albaniya, Anqilya, Belçika, Bolqarıstan, Britaniya Virginiya adaları, Böyük Britaniya, Macarıstan, Almaniya, Cəbəllütariq, Yunanıstan, Danimarka (+Qrenlandiya, Farer adaları, Ərazi dənizi), Cersi, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveç, Estoniya.

Bu ölkələrdən uçuşlar Federal Hava Nəqliyyatı Agentliyi və ya Rusiya Xarici İşlər Nazirliyinin verdiyi xüsusi icazə ilə həyata keçirilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!