“Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə qatmaq niyyəti yoxdur” - Lavrov 

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə qatmaq niyyəti yoxdur” - Lavrov 

Siyasət

18 Yanvar 2021 17:09 748


Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı atəşkəs bəyanatında Dağlıq Qarabağın statusuna toxunulmur. Status məsələsi ziddiyyətlidir və bu məsələdən yan keçərək onu gələcəyə saxlamaq qərarı verilib. Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə qatmaq “niyyəti yoxdur”. 

Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də illik mətbuat konfransında deyib. Nazir Dağlıq Qarabağın statusunun Ermənistan daxil olmaqla heç kəs tərəfindən tanınmadığını vurğulayıb. “Bizim ümumiyyətlə belə fikrimiz yoxdur. Biz bu məsələlərin ölkələr tərəfindən, ilk növbədə Ermənistan və Azərbaycan tərəfdən həll olunmalı olduğunu düşünürük”, – Lavrov jurnalistin sualını belə cavablandırıb.

O, Moskvanın regionda sülhü və sabitliyi təmin edəcək həll variantına töhfə verməyə hazır olduğunu vurğulayıb. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!