Rusiyanın Ukraynaya hücumunu əvvəlcədən bilən ölkə... - ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Ukraynaya hücumunu əvvəlcədən bilən ölkə... - ŞOK İDDİA

Dünya

03 Mart 2022 23:42 14655


Rusiyanın Ukraynaya hücumundan 8 gün keçir. Bu dövrdə dünya ölkələri Rusiyanı qınayıb, ən ağır sanksiyaları tətbiq ediblər. Çin isə sanksiyalardan imtina edib. Nəhayət, “Nyu-York Tayms”ın irəli sürdüyü iddiada Çin hökumətinin Rusiyanın Ukraynaya təcavüzündən öncədən məlumatının olduğu yazılıb.

Yenisabah.az xəbər verir ki, müharibənin başlaması ilə dünyanın əksər ölkələri bunu işğal kimi qiymətləndirsə də, Çin hökuməti və mediası baş verənləri “xüsusi hərbi əməliyyat” adlandırıb.

Çinin rəsmi media qurumu “Daily China” dünən Rusiyanın başlatdığı hücum üçün ilk dəfə işğal sözünü işlədib. Bu söz az sonra saytdan silinsə də, onun Tvitter hesabında qalıb. Çin Xarici işlər naziri Vanq Yi də hücumun Rusiyanın müəyyən etdiyi kimi “xüsusi hərbi əməliyyat” deyil, “əsl müharibə” olduğunu etiraf edib. Sezar pizza

Rusiya ilə Ukrayna arasındakı müharibənin miqyası getdikcə artdığı vaxt Çin Rusiyaya dəstəyini günbəgün azaltmağa başlayıb. “Nyu-York Tayms” qəzeti mövzu ilə bağlı mübahisəli iddia irəli sürüb. Qəzetin əldə etdiyi kəşfiyyat məlumatına görə, Çin müharibə qərarından əvvəlcədən xəbərdar olub və Putinə Ukraynaya müdaxiləni Pekində keçirilən Qış Olimpiya Oyunları bitənə qədər təxirə salmağı təklif edib.

Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Li Penqyu iddialarla bağlı danışıb. Li bunun sadəcə spekulyasiya olduğunu bildirib və bunu Çinə qarşı qarayaxma kampaniyası kimi qiymətləndirib.Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!