“Rusiyaya qarşı əməliyyat keçirə bilərik” - Makrondan şok açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyaya qarşı əməliyyat keçirə bilərik” - Makrondan şok açıqlama

Siyasət

17 Mart 2024 17:20 1075


Fransa bir gün Ukraynada Rusiyaya qarşı hərbi əməliyyat keçirməli ola bilər, bu, mümkündür.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “La Parisien” nəşrinə müsahibəsində deyib.

“Mən bunu istəmirəm, təşəbbüs də göstərməyəcəyəm, amma bəlkə də nə vaxtsa Rusiya qüvvələrinə qarşı durmaq üçün nə olursa olsun, quru əməliyyatları tələb olunacaq. Biz bunu edə bilərik, Fransanın da gücü ondadır”, - Makron bildirib. Sezar pizza

Jurnalistlər Fransa Baş Qərargahının hər ehtimala qarşı ssenarilər hazırlayıb-hazırlamadığı sualına Fransa prezidenti müsbət cavab verib:

“Bütün ssenarilərə hazırlaşmaq bizim borcumuzdur. Bunu etməmək səhv olardı”.

Makronun sözlərinə görə, Rusiya nüvə silahına malikdir, amma onun ÜDM-i Fransa və Almaniyadan aşağıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!