Ruslar 10 yunanı öldürdülər - Səfir XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Ruslar 10 yunanı öldürdülər - Səfir XİN-ə çağırıldı

Dünya

27 Fevral 2022 10:09 746


Rusiyanın Ukraynaya hücumu nəticəsində 10 yunan həyatını itirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis tvitterdə yazıb.

“Rusiyanın Mariupol yaxınlığına endirdiyi aviazərbələr nəticəsində on günahsız dinc sakin – etnik yunanlar həlak olub”. pizza

Mitsotakis Rusiyanın mülki şəxslərə hücumunu pisləyərək aviazərbələrin dayandırılmasını tələb edib: “Dərhal bombardmanı dayandırın!”.

Hadisə ilə əlaqədar Yunanıstan Xarici İşlər Nazirliyi Rusiyanın Afinadakı səfirinə kəskin etirazını bildirib. Səfir bu səbəbdən XİN-ə çağırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!