“Ruslar Odessa-Bosfor dəniz yolunu minalayıb” - Klimenko

saytların hazırlanması

Evə çatdırılma

“Ruslar Odessa-Bosfor dəniz yolunu minalayıb” - Klimenko

Dünya

19 Mart 2022 15:37 395


Rus işğalçıları Bosfor boğazından Odessaya gedən yolu minalayıblar və özləri yalandan deyirlər ki, bunlar Ukrayna minalarıdır.

Yenisabah.az xəbər verir ki, bu barədə Qara dəniz Strateji Araşdırmalar İnstitutunun rəhbəri Andrey Klimenko deyib.

“Dünən Soçi dəniz limanı ərazidəki gəmi rəhbərləri və kapitanlarına Qara dənizin Ukrayna donanması tərəfindən minalanması təhlükəsi ilə bağlı xəbərdarlıqlar göndərib. Xəbərdarlıq Soçi dəniz limanının kapitanı Vyaçeslav Rumyantsev tərəfindən imzalanıb”, - Klimenko bildirib. Pepperoni pizza

Onun sözlərinə görə, xəbərdarlığın məqsədi Qara dənizdə ticarət gəmilərinin hərəkətinə mane olmaqdır:

“NATO-nun mina gəmiləri Qara dənizə girməlidir. Xüsusilə qeyd edirəm: söhbət Rusiya Qara dəniz Donanması tərəfindən Odessadan Bosfor boğazına gedən yolun minalanmasından gedir”./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!