“Rusların Kiyevə hücumu davam edir“   - Ukrayna MN

saytların hazırlanması

Evə çatdırılma

“Rusların Kiyevə hücumu davam edir“ - Ukrayna MN

Dünya

02 Mart 2022 10:00 570


“Ciddi sayda canlı qüvvə və texnika itkisinə baxmayaraq, Rusiya Kiyevə hücumu davam etdirir".

Yenisabah.az xəbər verir ki, bu barədə açıqlama Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“İşğalçıların qarşısı Ukraynanın bir neçə şəhərində alınıb. Bura Kozelets, Bobrovitsa və Makiyev əraziləri daxildir. Svitilnya, Peremoha və Hostroluçça yaşayış məntəqələrində isə düşmən hücum imkanlarını itirdi. Düşmən Sumı, Lebedin, Oxtırkada uğursuz cəhdlər edir. Boxoduxiv, Çuqiv, Şevçenkove ərazilərində işğalçıların qarşısı alınıb. Donetsk istiqamətində uğur qazana bilməyən təcavüzkar Mariupol şəhərini mühasirəyə almağa başlayıb. Düşmən Skadovsk, Qola Pristan, Xerson, Snihurivka, Nova Kaxovka yaşayış məntəqələri istiqamətində hücum əməliyyatlarını davam etdirir. Düşmən, həmçinin dəniz desant əməliyyatı üçün hazırlıqlarını davam etdirir. Uğur qazana bilməyən düşmən mülki əhalini qorxutmaq üçün mühüm infrastruktur obyektlərinə raket endirməkdə davam edir. Qoşunlarımızın davamlı müdafiəsi sayəsində düşmənin ruh yüksəkliyi və əzmi sürətlə aşağı düşür. İşğalçıların bütün istiqamətlərdə itkiləri var. Birlikdə qalib gələcəyik!”, - məlumatda deyilir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!