Saatlıda fərdi yaşayış evindən 1500 manat dəyərində qızıl-zinət əşyaları, 2150 manat pul və bank kartları oğurlayan Bakı şəhər sakini saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, əvvəllər məhkum olunmuş və sonuncu dəfə törətdiyi oğurluq əməlinə görə axtarışda olan Vüsal Vəliyevdir.
Dindirilmə zamanı V.Vəliyev törətdiyi oğurluq faktını etiraf edib. Sezar pizza
V. Vəliyevin sentyabr ayının əvvəlində Saatlı rayonu ərazisində yerləşən mağazadan da ümumi dəyəri 4800 manatdan artıq olan qızıl-zinət əşyaları, bəzək və telefon aksesuarları, eləcə də 110 manat pul oğurlayıb.
Araşdırmalar davam etdirilir.
Telegram kanalımız