Sabah bəzi ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bəzi ərazilərdə işıq olmayacaq

Sosial

20 Dekabr 2024 00:23 326


Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə 110 kV-luq 6,7-ci Xırdalan hava xəttində həyata keçirilən təmir işləri ilə əlaqədar dekabrın 20-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar olaraq saat 01:00-dan saat 05:00-dək 110/35/10 kV-luq "Qobu" yarımstansiyasından qidalanan Qobu və Hökməli qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!