Sabah bizi belə hava gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Sabah bizi belə hava gözləyir

Sosial

21 Noyabr 2024 12:35 329


Noyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometrologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə arabir az çiskinli yağışın olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Pepperoni pizza

Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, yüksək dağlıq ərazilərdə 4° şaxta, gündüz 5-10° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!