Sabah bu ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bu ərazilərdə qaz olmayacaq

Sosial

02 Dekabr 2024 18:58 833


Nizami rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun İ. Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 03.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Təmir işləri aparılan müddətdə Nizami rayonu üzrə B.Nuriyev 37, 41 küçələrinin və Q.Qarayev prospekti 93, Nərimanov rayonu üzrə isə İ.Həsənoğlu və Təbriz küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!