Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

11 Oktyabr 2020 12:29 1162


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, mülayim cənub-şərq küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə  12-16, gündüz  19-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz olacaq.  

Oktyabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin  gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı,  ayrı-ayrı yerlərdə  duman olacağı  ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 10-15, gündüz 22-26, dağlarda gecə 3-8, gündüz  9-14 dərəcə  isti olacaq.    Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!