Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.
APA-nın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Dominos pizza
Milli Məclisin yaz sessiyasının ilk iclasında Hesablayıcı Komissiya və İntizam Komissiyası formalaşdırılacaq.
Telegram kanalımız