Sabah yağışsız hava şəraiti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah yağışsız hava şəraiti olacaq

Sosial

03 Dekabr 2024 12:26 442


Bakıda və Abşeron yarımadasında noyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Yenisabah.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Dominos pizza

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə Quba-Qusar zonasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!