Sabahın hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı

Sosial

07 Noyabr 2020 12:46 1427


Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, gündüz tədricən kəsiləcək. Mülayim şimal küləyi arabir güclənəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz  14-16, Bakıda gecə 9-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 766 mm civə sütunundan 773  mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.  

Noyabrın 8-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 8-12,  gündüz 14-18, dağlarda gecə 1-5, gündüz  5-9 dərəcə  isti olacaq.    Dominos pizza

Tibbi-meteoroloji proqnoz

Noyabrın 08-də Abşeron yarımadasında rütubətli hava şəraiti və mülayim xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.   

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!