Sabiq baş nazir saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sabiq baş nazir saxlanıldı - Foto

Dünya

18 Mart 2022 00:43 766


Bolqarıstanın keçmiş baş naziri Boyko Borisov saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "bTV" kanalı məlumat yayıb.

Onunla birgə keçmiş maliyyə naziri Vladislav Qoranov və bir sıra digər siyasətçilər də Avropa fondlarından sui-istifadə etdiklərinə görə istintaqa cəlb edilib. Xüsusi xidmət orqanlarının nümayəndələri onların evlərində axtarış aparır. Qeyd edilir ki, həbslər davam edir. pizza

Bir gün əvvəl prokurorluq bəyan edib ki, Bolqarıstanda Avropa fondlarından sui-istifadə halları ilə bağlı 120-dən çox məlumat daxil olub. Əsas şikayətlər Avropa fondlarından dövlət sifarişi, kənd təsərrüfatının inkişafına subsidiyalar, koronavirus pandemiyasından sonra tikinti və yenidənqurma işlərinə ayrılan vəsaitlərlə bağlı sui-istifadəsi faktları olub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!