Sabiq nazirin Azərbaycandan çıxışına “stop” qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Sabiq nazirin Azərbaycandan çıxışına “stop” qoyuldu

Siyasət

16 Fevral 2021 19:20 1264


Rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev həbs edilməsə də istintaq altındadır.

Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb.

Yenisabah.az bildirir ki, məlumata görə, Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb. pizza

Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib.

Məlumatda o da deyilir ki, Əbülfəs Qarayev ona qoyulmuş "stop”un götürülməsi üçün istintaq orqanına müraciət edib.

O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu yazıb.

/Gununsesi.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!