Fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayı keçiriləcək.
Yenisabah.az xəbər verir ki, ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII qurultayı onlayn qaydada təşkil ediləcək.
Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsindən verilən məlumata görə Qurultaya VHP-nin 76 bölgə təşkilatı və bir Muxtar Respublika təşkilatından 400 nümayəndə seçilib. Sezar pizza
VHP VIII qurultayında VHP-nin qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə ediləcək və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılacaq.
Telegram kanalımız