Sabirabadda qaz partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.
Qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Babayev Abdul Abusəməd oğlu və onun həyat yoldaşı 1970-ciil təvəllüdlü Babayeva Gültəkin Zəbulla qızı üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıb. pizza sifarişi
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız