Daxili İşlər Nazirliyi (DİN) Şabrandakı ağır qəza ilə bağlı məlumat yayıb.
Qurumdan Yenisabah.az-a verilən məlumata görə, hadisə sentyabrın 22-də saat 18 radələrində Şabran rayonunun Aygünlü kəndi ərazisində qeydə alınıb.
Şəhər sakini Q.Seyidovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Sumqayıt şəhər sakini X.Haşimovanın idarə etdiyi “Chevrolet” markalı avtomobil toqquşub. Nəticədə mikroavtobusun sürücüsü və 4 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Aqil Ələkbərov orada ölüb. Toyuqlu pizza
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Telegram kanalımız