“Sadəcə Rafael və Coşqun yaxşı yaşamaq istədi və...“ - Aktyor

saytların hazırlanması

Evə çatdırılma

“Sadəcə Rafael və Coşqun yaxşı yaşamaq istədi və...“ - Aktyor

Şou

15 Mart 2023 13:34 1391


Əməkdar artist Ayşad Məmmədov Rafael iskəndərov və Coşqun Rəhimov haqda danışıb. 

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, o, həmkarlarını tərifləyib:

“Gənclər Teatrında işləyəndə də pyes yazmışdım. Pantomima hazırladığım da olub. Ölümə aid idi: “Həzrəti Ölüm”. Sonra “Korlar” pantomimim də var idi. Pantomim festivalında onu oynayanda gürcülər elə bilmişdilər ki, biz pantomim teatrıyıq. Yəni o dərəcədə keyfiyyətli alınmışdı. Marqarita pizza

Rafael və Coşqun da orada rol almışdı. Deyim ki, ikisi də çox ciddi aktyordur. Sadəcə onlardan istifadə olunmadı. Çox-çox istedadlı aktyorlardır. Ciddi rolları da olub. Sadəcə zamanın axınına düşdülər, yaxşı yaşamaq istədilər və belə oldu. İndi hərə bir cür düşünür də. Adamlar başqa-başqa olur”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!