Sahil Babayev Elman Rüstəmovun kadrına vəzifə verdi 

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayev Elman Rüstəmovun kadrına vəzifə verdi 

Siyasət

23 Fevral 2024 15:55 976


Mərkəzi Bakın sabiq departament direktoruna yeni vəzifə verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinə müşavir təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Mahmudov Elşən Mahmud oğlu bu vəzifəyə təyin edilib.  pizza hut

Qeyd edək ki, Elşən Mahmudov bir neçə ay əvvəl Mərkəzi Bakın Nağd Pul Departamentinin direktoru vəzifəsindən azad edilib. O, Elmar Rüstəmovun Mərkəzi Bank sədri olduğu vaxt 15 il - 2008-ci ildən 2023-cü ilə kimi müxtəlif vəzifələrdə çalışıb, həmçinin Bankın Sumqayıt Ehtiyat Mərkəzinin direktoru vəzifəsini tutub.

Elşən Mahmudov Mərkəzi Bankda çalışdığı müddət ərzində Elman Rüstəmovun adamı kimi tanınıb.  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!